Gəlin qaynının qəbrini necə təhqir etdi?
05.01.2022
Bakıda qadın qaynının qəbri üzərində təhqiramiz sözlər yazıb.
Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığındakı qəbiristanlıqda olub.
Belə ki, Kəmalənin (ad şərtidir) qaynı öləndən sonra onun ailəsi ilə torpaq bölgüsü üzərində mübahisəsi yaranıb.
Mübahisə dərinləşdiyindən qaynının arvadı və baldızı Kəmalə ilə söhbət etməkdən boyun qaçırıblar.
Kəmalə torpaq bölgüsünün hüquqi yolla həll edilməsi üçün məhkəməyə müraciət etsə də, bu, nəticəsiz qalıb və tərəflər arasında mübahisə böyüyüb.
Kəmalə 2007-ci ildə vəfat etmiş qaynının qəbri üzərində təhqiramiz sözlər yazmaqla acığını çıxıb.
O qaynının məzar daşının ön və arxa hissəsinə qırmızı rəngli markerlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız ifadələr olan mətnlər yazıb.
Həmin sözlər isə qaynı arvadı və baldızı haqqında olub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdıqlarını bildiriblər.
Məhkəmənin hökmü ilə Kəmalə Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (Qəbir üzərində təhqiredici hərəkət) təqsirli bilinib.
Kəmalə, 9 ay müddətinə azadlıqdan məhrum edilib.