NATO ilə danışıqlarda Rusiyanı kimlər təmsil edəcəy?
05.01.2022
Rusiya-NATO Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin idarələrarası nümayəndə heyəti ilə təmsil olunacaq.
RİA Novosti-yə istinadən : Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O bildirib ki, Rusiya XİN-in nümayəndə heyəti ilə yanaşı, Müdafiə Nazirliyindən olan heyətin də hərbi təhlükəsizlik məsələlərinin müzakirəsində birbaşa iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl NATO Baş katibi Yens Stoltenberq yanvarın 12-də Rusiya-NATO Şurasının iclasının keçiriləcəyini təsdiqləyib.