Qazaxıstanda 200-dən çox etirazçı saxlanılıb
05.01.2022
Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı ictimai asayişi pozduğuna görə 200-dən çox insanı saxlayıb.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qanunazid hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. İctimai asayişi pozduqlarına görə isə 200-dən çox şəxs saxlanılıb”, - deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur.
Mənbə: TASS