21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mərkəzi Bank rəqəmsal manatla bağlı açıqlama verib

30.12.2021


Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi və bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi tədbirləri də davam etdiriləcək.

Bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verilib. 

Sürətli ödənişlər sisteminin gələcək inkişafının pul siyasəti və maliyyə vasitəçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Mərkəzi Bankın Rəqəmsal Valyutasının (MBRV) ortamüddətli dövrdə tətbiqi imkanlarının qiymətləndirilməsi bir neçə istiqamətdə davam etdiriləcək:

rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi;

maraqlı tərəflərin prosesə cəlb olunması;

qanunvericilik bazasının formalaşdırılması;

yeni nəsil texnologiyadan istifadə potensialı;

bazarın hazırlıq səviyyəsi.

MBRV ilə bağlı konseptual sənədlər açıq və ətraflı kommunikasiya ediləcək.

2022-ci ildə monetar siyasət milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, ilk növbədə inflyasiyanın hədəf çərçivəsinə yaxınlaşmasına, maliyyə sektorunun iqtisadi inkişafda rolunun fəallaşmasına və bu məqsədlə monetar sferada və maliyyə sektorunda islahatların aparılmasına yönəldiləcək. Qarşıya qoyulan hədəflərin realizasiyası əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq.