Paytaxtda ən çox çirklənən ərazi haradır?
29.12.2021
Bakı şəhərində ən çox çirklənən ərazi açıqlanıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, 2021-ci ildə havanın ən çox çirklənməsi Lökbatanda qeydə alınıb:
"Bu da nəqliyyat hərəkətinin həmin ərazidə çox olması ilə əlaqəlidir”.
U.Tağıyeva əlavə edib ki, çirklənmə göstəricisi ən çox isti dövrdə müşahidə olunur.