03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu üç ölkənin güclü əlaqələri dərinləşməkdə davam edir.

29.12.2021


Azərbaycan, Pakistan və Türkiyə... Hər üç ölkə təhlükəsizlik, iqtisadi və diplomatik maraqları üçün getdikcə daha çox əhəmiyyət kəsb edən möhkəm üçtərəfli münasibətləri davam etdirir.

Bu barədə "Nyu Ərəb” nəşrində yayılan məqalədə bildirilib.

"Bu tərəfdaşlıq Türkiyə və Pakistanın 2020-ci ildə Dağlıq Qarabağ müharibəsində Azərbaycan tərəfində iştirakından sonra daha qabarıq şəkildə özünü büruzə verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezident İlham Əliyev və Pakistan Baş naziri İmran Xanın rəhbərliyi ilə bu üç ölkənin güclü əlaqələri dərinləşməkdə davam edir.

Bu üçtərəfli münasibətlərin mühüm hərbi ölçüləri var. 2016-2019-cu illər arasında Türkiyə ABŞ-ı keçərək Pakistanın dördüncü ən böyük silah idxalçısı, Pakistan isə Türkiyənin üçüncü ən böyük silah ixracat bazarı oldu.

2020-ci ildə Türkiyənin Bakıya hərbi ixracatı 6 dəfə artıb. 2021-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan orduları Bakıda "Üç Qardaş - 2021” adlı səkkiz günlük birgə hərbi təlim keçirib. Bakı Qarabağı azad etmək üçün vacib olan hərbi texnologiyadan yararlandı.

Təbii ki, 44 günlük müharibədə ən böyük fərqi yaradan xarici güc Türkiyə idi. Türkiyənin "Bayraqdar TB-2" pilotsuz uçuş aparatları və Ankaradan gələn siyasi dəstək Azərbaycanın zirvəyə çatmasına böyük töhfə verdi”, - məqalədə bildirilib.