Rusiya Ankara-İrəvan görüşünə münasibət bildirib
29.12.2021
Biz yaxın regional əməkdaşlığın tərəfdarıyıq və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq.
Bu sözləri Rusiyanın BMT yanında daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Görüşün Moskvada keçirilməsi sürpriz deyil, bizim həm Türkiyə, həm də Ermənistanla yaxşı tərəfdaşlığımız var. İqtisadi və regional şəbəkələri təşviq edirik”, - Polyanski bildirib.
Onun sözlərinə görə, tərəflər arasında inamsızlıq və şübhə var:
"Ona görə də bunun öhdəsindən gəlmək lazımdır və bacarsaq, Ermənistanla Türkiyə arasında normal qonşuluq münasibətlərinin yenidən qurulmasından bütün dünya faydalanacaq”.