DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün "Yeni İl" şənliyi keçirilib
28.12.2021
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilib.
Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Tamaşa uşaqların böyük marağına səbəb olub, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.