İbrahim Rəisi Rusiyaya səfər edəcək
28.12.2021
İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin yanvarında Rusiyaya səfər edəcək.
Bunu İran Nazirlər Kabinetinin sözçüsü Əli Bahaduri Cəhromi keçirdiyi mətbuat konfransında deyib.
"Rusiya Prezidenti Vladimir Putin İbrahim Rəisini Rusiyaya rəsmi dəvət edib və Prezident gələn ilin əvvəlində bu ölkəyə səfər edəcək. Hazırda prezidentlərin müavinləri səfər zamanı aparılacaq danışıqlar və imzalanacaq sənədlərin hazırlanmasını həyata keçirir”, - o vurğulayıb.
Qeyd edək ki, bu səfər çərçivəsində Tehran və Moskva arasında 20 illik strateji əməkdaşlıq sazişinin imzalanması gözlənilir.