Türkiyə və Ermənistan görüşü harada keçiriləcək?
27.12.2021
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün hər iki ölkənin müəyyən etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçiriləcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada cari ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, görüşün Moskvada keçirilməsi Ermənistan tərəfinin istəyidir.