İran-Azərbaycan əlaqələrində yeni səhifə
24.12.2021
İran-Azərbaycan əlaqələrində yeni səhifə açmaq barədə razılığa gəlmişik.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərinin yekunları ilə bağlı "Twitter"də yazıb.
"Bakıya rəsmi səfərim zamanı biz əlaqələrimizdə yeni səhifə açmaq barədə razılığa gəldik. Prezident İlham Əliyevlə səmimi görüşümdə, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə apardığım müzakirələrdə biz əlaqələrimizi daha da genişləndirmək üçün yol xəritəsini müəyyənləşdirdik. Biz qonşularımıza üstünlük verməyə davam edirik", - İran XİN başçısı bildirib.