İranın Türkiyə ilə sərhədi bağlama səbəbi görün nə imiş?
24.12.2021
İran İslam Respublikası birtərəfli qərarla 24 dekabr 2021-ci il tarixindən etibarən Türkiyə ilə sərhəd-keçid məntəqələrini 15 gün müddətinə bağlayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Esendərə bələdiyyə sədrinin sözlərinə görə, İran öz vətəndaşlarının Yeni ili Türkiyədə keçirməsinə qadağa qoymaq istəyir, bu səbəbdən də heç bir səbəb göstərmədən Türkiyə ilə sərhədlərini bağlayıb.