Bəzi idmançılarda dopinq aşkarlandı
23.12.2021
Azərbaycanda 2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb.
Onlardan 13-ü bu il icraata götürülüb və 6-sı isə ötən ildən başlanan icraatlardır.
Bu il icraatda olan işlərdən basketbol, futbol və sambo idman növləri üzrə hər biri 1 iş olmaqla 3 iş üzrə qərar verilib. Belə ki, basketbol və sambo idman növündə sanskiya qərarı qəbul edilib, futbol idman növündəki iş üzrə isə xitam qərarı verilib.