Dekabrın 1-dək 140 məhkum barəsində Amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.
23.12.2021
2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində Amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib:
"Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 140-dır. Belə ki, 2021-ci ilin dekabr ayının 1-dək prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən 140 şəxs barəsində amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilib”.
Qeyd olunub ki, prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.