Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilir
23.12.2021
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunur.
Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Qeyd edək ki, "Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin dekabrın 22-də keçirilən iclasında müzakirə olunub.