İstanbul Konvensiyasına həsr olunmuş sonuncu vebinar keçirilib
22.12.2021
Dekabrın 21-də İstanbul Konvensiyasının spesifik maddələrinə həsr olunmuş silsilə vebinarların sonuncusu keçirilib.
İstanbul Konvensiyası Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqındadır.
Vebinarların məqsədi Azərbaycanın bu beynəlxalq müqaviləyə tərəf olma istiqamətində müzakirələri təşviq etmək üçün konvensiyanın məzmununu izah etməkdir. Dördüncü və sonuncu vebinar İstanbul Konvensiyasının təcili qadağanedici əmrlər haqqında 52-ci maddəsinə həsr olunub.
Vebinarda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində beynəlxalq ekspert 52-ci maddəyə dair məlumat verib və təcili qadağanedici əmrlərlə müdafiə orderləri arasındakı fərqi izah edib. Ekspert lazımi səy prinsipini və dövlətin qurbanları qorumaq vəzifəsini, eləcə də qurbanların təhlükəsizliyini artırmaq üçün təcili qadağanedici əmrlərin necə tətbiq olunacağı və onların yarada biləcəyi çətinlikləri də vurğulayıb.
İsveç və Avstriya daxil olmaqla qabaqcıl təcrübələrdən bəzi nümunələr təqdim olunub.
Daha sonra suallar və cavablar sessiyası çox canlı keçib və Avropa Şurasının üzv dövlətləri tərəfindən bu vasitənin tətbiqinə dair qabaqcıl təcrübələr, 52-ci maddəyə əsasən dövlətlərin atmalı olduğu addımlar kimi mövzuları əhatə edib.
Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi tərəfindən həyata keçirilib.