Rafael Ağayev göz yaşlarına boğuldu
22.12.2021
Beşqat dünya çempionu Rafael Ağayev anasından danışarkən çarəsiz anlar yaşayıb.
İdmançı "Onun sirri” verilişində xərçəngdən vəfat edən anası barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
"6 il xərçəng xəstəsi oldu. Əlimizdən gələni etdik, olmadı. Allahın işinə qarışmaq olmur. Həyatda ən həssas yerim anamdır. Anam rəqiblərimə qədər hamısını tanıyırdı. İtalyan, iranlı, ukraynalı – adlarına qədər...”, - idmançımız deyib.