İran XİN başçısı: Azərbaycanla əməkdaşlığın inkişafına çox sevinirəm
22.12.2021
Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var.
Bunu Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda aeroportda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçiriləcək:
"İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla bir neçə görüşüm olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı formatlar çərçivəsində razılıq əldə etmişik. Səfər zamanı keçiriləcək görüşlərdə bu işlər yekunlaşdırılacaq. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin səfərləri olacaq”, - deyə o bildirib.