21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bahar Muradova yeniyetmə qızların qaçırılmasına münasibət bildirib

22.12.2021


 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması hadisəsinə münasibət bildirib.
 Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, Yevlaxdakı məsələ problemlərin, neqativ meyillərin hələ də qüvvədə olduğunu göstərir:

"Bunlarla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətlərini düşünməliyik. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu ağlasığmayan bir haldır. Belə hal baş verirsə, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir. Təhsil, maariflənmə, sağlamlıq istiqamətində görülən tədbirlər insana yönəlir. Təhsil də yalnız elm, bilik öyrənmək deyil, həm də insan olmaq üçün imkan yaradır. Bütün proseslərdən keçən insanlar nəticədə yaşının müəyyən vaxtında belə hərəkətə yol verirsə, bu, onun fərd olaraq problemi kimi qəbul olunur. Belə məsələlərə cəmiyyətin sərt reaksiyasının olmaması əhatəsində insanları dözümlü yanaşmasından irəli gəlir. Belə halları evlənməyə cəhd kimi qiymətləndirmədən keçir. Düşünürəm ki, Ailə Məcəlləsinə daxil olan qanunvericiliyə əsasən ailə qurmağın hüquqi parametrlərini muəəyn edən müddəaları ciddi şəkildə tətbiq etməliyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik".

B.Muradova qeyd edib ki, bu hadisə Dövlət Komitəsinin diqqətindədir: "Müdaxilə edilib. Hüquq mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetiririk. Hüquqi dəyərləndirmədən sonra qızın gələcəyi, psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik.

Dövlət Komitəsinin sədri Ağdamda X sinif şagirdi qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: "Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür".