Karantin rejiminin müddəti uzadıldı
22.12.2021
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.