21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Zəfərə aparan yol” adlı konfrans keçirilib

22.12.2021


Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin idarəetmə texnologiyaları: Zəfərə aparan yol” adlı konfrans keçirilib.

Konfransda DİA-nın rektoru Urxan Ələkbərov, BMTM sədri Fərid Şəfiyev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb. O, Azərbaycanda idarəçilik texnologiyası və onun uğurlu nəticələri barədə məsələlərə toxunub.

BMTM sədri Fərid Şəfiyev isə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticələri barədə danışıb. O, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi vəziyyətin yarandığını deyib.

F.Şəfiyev Cənubi Qafqaz ətrafında bir sıra problemlərin olduğunu da dilə gətirib: "Məsələn, Rusiya və İranla olan münasibətləri, Rusiya-Qərb münasibətlərini qeyd edə bilərik. Biz bəzi məqamları hələ bilmirik. Bəlkə də, Prezident İlham Əliyev gələcəkdə bunları açıqlayacaq".

Daha sonra isə çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Prezident İlham Əliyevin bütün təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən böyük həssaslıqla qarşılanır: "Azərbaycan çox da böyük olmayan imkanlar çərçivəsində böyük nailiyyətlər əldə edib. Biz zəfərə doğru illərdir ki, yol gəlirdik".

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın multikulturalizm siyasəti dünyada bizim milli brendimiz kimi tanınır: "Biz milli hədəflərimizi çox dəqiq müəyyənləşdirə bilirik. Vətən müharibəsindəki tarixi qələbəmizin siyasi əsaslarını uzun illərdir formalaşdırırdıq. Prezident İlham Əliyevin bütün istiqamətlərdə atdığı addımlar bizi böyük qələbəyə yaxınlaşdırdı. Burada riyazi hesablamalar çox dəqiq olub. Bundan sonra əsas hədəfimiz regional təhlükəsizliklə bağlıdır".

BMTM-in şöbə müdiri Cavid Vəliyev də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən qələbə barədə də fikirlərini tədbir iştirakçılarına bölüşüb: "Ölkəmiz Ali Baş Komandanın rəhbərliyi ilə tarixi qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib. Bu gün Ermənistanın ən çox narahat edən məsələlərdən biri də dünyada təcavüzkar dövlət kimi tanınmasıdır. Onlar beynəlxalq cinayətin subyekti olmadıqlarını göstərmək istəyirlər. Ancaq bunu BMT-nin qətnamələri də sübut edir".

Şöbə müdiri deyib ki, bu gün Azərbaycanın diplomatik və hərbi üstünlüyü davam edir: "Azərbaycan müharibədən sonra diplomatik üstünlüyünü qorumaq üçün də Türkiyə ilə əməkdaşlıq etməlidir".

Konfrans çıxışlarla davam etdirilib.