Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə 300-ə yaxın şəxs nə etdi?
22.12.2021
Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə 300-ə yaxın şəxs aclıq edir
Tbilisidə müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) ofisi yaxınlığında keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi aclıq aksiyası keçirilir.
Qərargah yaxınlığında qurulmuş 9 çadırda 300-ə yaxın şəxs aclıq edir.
Onların arasında VMHP üzvləri ilə yanaşı, ictimai fəallar da var. Aksiya iştirakçıları üçün çadırlarda matraslar düzülüb.
VMHP sədri Nika Meliya bildirib ki, kütləvi aclıq aksiyası M.Saakaşvili azadlığa çıxana qədər davam etdiriləcək.