Bakıda məşhur restoranda yanğın
22.12.2021
Bakıda yerləşən "Qoç ət” restoranındakı yanğında üç nəfər tüstüdən zəhərlənib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə zamanı ümumi sahəsi 1200 kvadratmetr olan (hər mərtəbəsi 240 kvadratmetr) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.