ABŞ Rusiyaya "sürpriz" hazırlayır
22.12.2021
ABŞ hakimiyyət Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi durumunda "sərt ixrac nəzarəti”nin tətbiqi imkanını nəzərdən keçirir.
Bu barədə "Röyters" agentliyi ABŞ Prezidenti Co Baydenin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, xüsusilə smartfon, hava və avtomobil hissələrinin idxalının məhdudlaşdırılması imkanları öyrənilir. Agentliyin məlumatına görə, bu tədbirlər paketi iqtisadi sanksiyalara əlavədir və dekabrın 21-də ABŞ-ın yüksək rütbəli rəsmilərinin görüşündə müzakirə olunub.
Yuxarıda qeyd olunan məhdudiyyətlər Rusiyanın kütləvi istehlakçı və sənaye üçün nəzərdə tutulan genişspektrli texnologiyalara çıxışını əngəlləyə bilər.
Administrasiyadakı mənbə potensial tədbirlərin Rusiya üçün "görünməmiş" olacağını söyləyib.