21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir məktəblərdə pul yığılmasına fikir bildirib

21.12.2021


"Məktəblərdə hansısa qeyri-qanuni yığımların olması və bununla bağlı ictimaiyyətin narazılığı 
bu günün məsələsi deyil, hətta mən orta məktəbdə oxuyanda da belə hallar var idi. Bu, bizim cəmiyyətimizin xroniki problemidir”.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məktəblərdə Valideyn-Müəllim Assosiasiyası tərəfindən qeyri-qanuni yığımlara münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. İcbari təhsil təbii ki, pulsuzdur. Söhbət icbari təhsilin pullu və ya ödənişli olmasından getmir. Təəssüf ki, biz açıq ictimai müzakirəyə başlayanda bu müzakirədə olan fikirlər təhrif olunur. Mən məktəblərdə rüşvətxorluğun əleyhinəyəm. Amma sual verirəm: valideynin bütün vergilərini ödəyəndən sonra artıq qalan bir manatını məktəbə vermək hüququ var, yoxsa yoxdur? Bu, pis və günahdırsa, deməliyik ki, olmaz. Əgər biz bunu qəbul ediriksə, oturub sağlam, şəffaf sistem fikirləşməliyik ki, vətəndaşın əlindəki arzu etdiyi bir manatı özünün və digərlərinin daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq”.

E. Əmrullayev bildirib ki, bu, qayda çərçivəsində, şəffaf, valideynin istəyi əsasında, könüllü olmalıdır: "Heç kim buna məcbur edilməməlidir. Kim istəmirsə, bu prosesdə iştirak etməməlidir”.