İrəvana avtomobillə gedİşi təsdiqləndi
21.12.2021
Noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilmiş görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunması barədə Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.
Ermənistan KİV-inə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.
"Biz həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə etmişik. Ermənistan və Azərbaycan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun inşasını 2-3 il ərzində başa çatdırmağı planlaşdırır", - deyə N.Paşinyan əlavə edib.