Gələn il Azərbaycana nə qədər vaksin gətiriləcək?
21.12.2021
Gələn il Azərbaycana 5 424 330 doza vaksin gətiriləcək
2022-ci ildə təsdiq olunmuş müqaviləyə əsasən, Azərbaycana 5 424 330 doza vaksinin gətirilməsi nəzərdə tutulur. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, növbəti il 4 milyon doza "CoronaVac", 1 344 330 doza "Biontech/Pfizer", 80 000 doza "Sputnik V" peyvəndinin ölkəyə gətirilməsi nəzərdə tutulur. Bildirilib ki, gələn il bu istiqamətdə müqavilələrin imzalanması istisna olunmur.