Fransa və Almaniya səyahət qaydalarında dəyişiklik ediblər
20.12.2021
Fransa və Almaniya hökumətləri koronavirusun omikron ştammının yayılmasının qarşısını almaq məqsədilə səyahət qaydalarında dəyişiklik ediblər.
Dəyişikliyə əsasən, Böyük Britaniyadan gələnlər üçün tədbirlər sərtləşdirilib.
Şənbə günündən etibarən Böyük Britaniyadan Fransa və Almaniyaya yalnız vacib səyahətləri etmək mümkün olacaq.
Ölkəyə gələn şəxslərdən səyahətdən 24 saat əvvəl edilən mənfi PCR testi tələb ediləcək. Sərnişinlərdən də 48 saat özünü təcrid etmələri tələb olunacaq. Ölkəyə daxil olduqdan 2 gün sonra ikinci COVID testi verib, ancaq neqativ nəticə təqdim edə bilməyən sərnişinlər üçün bu müddət bir həftəyə qədər artır.