Azərbaycan və İran xarici işlər nazirlərinin görüşüblər
20.12.2021
Dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən növbədənkənar toplantısı çərçivəsində Azərbaycan və İran xarici işlər nazirləri görüşüb.
Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahianın görüşündə qarşılıqlı əlaqələrin inkişafı perspektivi müzakirə edilib. Tərəflər qarşılıqlı əlaqələrin inkişafından məmnun olduqlarını vurğulayıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianı Azərbaycana səfərə dəvət edib.