İranda əhalinin etirazları getdikcə kəskinləşir
17.12.2021
İctimai şəbəkələrdə yayılan videoda İranın Yəzd şəhər sakini ölkə Prezidenti İbrahim Rəisiyə xitabən haqlı narazılığını dilə gətirib.
"Azad İran” "Telegram” kanalının xəbərinə görə, vətəndaş ölkədə hər gün bir az daha bahalaşan qiymətlərdən hər kəsin artıq boğaza yığıldığını bildirib.
Əsəbdən üzünə vuran narazı vətəndaş habelə qeyd edib: "Cənab İbrahim Rəisi, insanlara bu qədər yalan danışma, yoxsulluğun yükü altında insanların beli qırılır. Cəmi bir-iki saat bundan əvvəl bir neçə çarəsiz qadın aclıqdan və yoxsulluqdan zibil qutularından yemək axtarırdı”.
O, eyni zamanda vurğulayıb ki, ölkədə çörəyin bahalaşması ilə mağazada bütün malların qiyməti bir neçə dəfə artır və əhali bu bahalaşma qarşısında hətta zəruri ərzaq məhsullarını da ala bilmir.