Azərbaycanda təcili yardım şöbələrində yenilik
17.12.2021
"Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb. Eləcə də bu şöbələrin gələcəkdə stasionar yükündən asılı olaraq ərazisi müəyyənləşdirilməlidir”.
Bunu Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov "TƏBİB məsləhəti” verilişində deyib.
O qeyd edib ki, hazırda bəzi xəstəxana binalarının quruluşu təcili yardımla bağlı icbari tibbi sığortanın tətbiqinə imkan vermir: "Bunun gələcəkdə çarpayı sayına görə müəyyənləşməsi, eləcə də müşahidə çarpayılarının ümumi çarpayı fonduna görə standartları olacaq. Artıq keçən ildən başlayaraq TƏBİB-in müəyyən departamenti xəstəxanalarda keyfiyyət standartlarının yaradılması üçün fəaliyyət göstərir”