“Toppuş bacı” :Dualarınızı əksik etməyin.
17.12.2021
Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə Əməkdar artist "Instagram”da paylaşım edib.
Saçlarını yenidən qırxdıran T.Əliyeva paylaşdığı şəklə şərh əlavə edib:
"Bu da 34-cü kimyəvi terapiyam. İnşallah, hər şey yaxşı olacaq. Dualarınızı əksik etməyin. Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə və onun bütün tibb personalına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, "Toppuş bacı” ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir