Azərbaycanlı bilib bıçaqladığı diş həkimi öldü.
17.12.2021
Moskvada erməni Murad Ohanesyanın azərbaycanlı bilib bıçaqladığı həkim stomatoloq xəstəxanada ölüb.
Bu barədə Moskva Şəhər Prokurorluğunun Teleqram kanalı məlumat yayıb.
Məlumatda 41 yaşlı Camal Odilovun xəstəxanada keçindiyi bildirilib.
Qeyd edək ki, insident dekabrın 13-də Moskvanın Yasnaya küçəsində stomatoloji klinikada baş verib.
Murad Ohanesyan müalicə olunduğu klinikaya gələrək həkim stomatoloq Camal Odilova bıçaqla çoxsaylı zərbələr endirib.
Ohanesyanın müalicənin nəticəsindən narazı qaldığı bildirilib.
Lakin polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Ohanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.