21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda oyanıq beyin əməliyyatı

17.12.2021


Azərbaycanda beyin əməliyyatlarında yeni dövr başladı.

Respublika Diaqnostika Mərkəzində xəstəyə oyanıq beyin əməliyyatı icra edilib. 18 yaşlı xanım xəstədə danışıq mərkəzinə və motor korteksinə yaxın yerləşmiş törəmə aşkar olunub.

Xəstənin üzərində RDM-in neyrocərrahı, uzman Röyal Mehtiyev tərəfindən oyanıq beyin əməliyyatı icra edilib. Əməliyyat müddətində xəstə oyanıq şəkildə həkimlərin suallarını cavablandırıb. Xəstənin ətraflarının hərəkəti və danışığının müşahidə altında saxlanılması, beyinin həyati funksiyalarına zərər yetirmədən törəmənin maksimum şəkildə xaric edilməsinə kömək edir. Bu əməliyyat həm cərrah, həm anestezioloqun peşəkarlığı, həm də keyfiyyətli texnologiya tələb edir. Lakin maddi cəhətdən digər beyin əməliyyatlardan fərqlənmir. Avropa, ABŞ kimi inkişaf etmiş ölkələrdə geniş yayılmış əməliyyat növü olsa da Azərbaycanda uğurla icra edilən ilk əməliyyat hesab edilir.