Sosial şəbəkə istifadəçilərinə qarşı casusluq
17.12.2021
"Meta Platforms” (keçmiş "Facebook”) şirkəti istifadəçilərinə qarşı casusluq edən yeddi təşkilatın fəaliyyətini bloklayıb.
Şirkətin məlumatına görə, casusluq fəaliyyəti ilə məşğul olanlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada məskunlaşıb.
Qeyd olunur ki, ümumilikdə, 100-dən çox ölkədən 50 minə yaxın istifadəçi həmin fəaliyyətlərdən zərər çəkə bilər.
Casusluqla məşğul olan kampaniyalar jurnalistləri, dissidentləri, avtoritar rejimləri tənqid edənləri, müxalif ailələri və hüquq müdafiəçilərini hədəf alıb.
Mənbə: Lenta.ru