21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"DəmirBank"ın əmanətləri "Kapital Bank"da veriləcək

01.02.2018

"Kapital Bank"ın filiallarında lisenziyası ləğv edilmiş "DəmirBank"ın əmanətləri qaytarılacaq.
Bankdan bildiriblər ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "DəmirBank"da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində "Kapital Bank" seçilib.
Lisenziyası ləğv edilmiş "DəmirBank"ın sığortalanan əmanətləri fevralın 1-dən "Kapital Bank"ın 26 filialında qaytarılacaq - "Nərimanov", "28 May", "Cəfər Cabbarlı", "Nizami", "Bakıxanov", "Binəqədi", "Şuşa", "Qubadlı", "Gəncə", "Şəmkir", "Bərdə", "Yevlax", "Göyçay", "Ağdaş", "Lənkəran", "Masallı", "Quba", "Qusar", "Şamaxı", "Ağsu", "İmişli", "Sabirabad", "Beyləqan", "Şəki", "Zaqatala" və "Qazax".
Qeyd edək ki, sığortalanan əmanətlərin sahibləri 1 il ərzində (1 fevral 2019-cu ilədək) qeyd olunan filiallara gələrək, rahat və təhlükəsiz şəkildə əmanətlərini əldə edə bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.