Azərbaycanın ən sevilən su markası
16.12.2021
Ölkəmizdə dərin keçmişə, zəngin dada və yüksək keyfiyyətə malik su çeşidləri mövcuddur. Bəs bu çeşidlərdən ən çox seviləni hansıdır?
"ERA Marketing Center”in Azərbaycan ərazisində 1200 nəfər arasında keçirdiyi sorğuda respondentlərdən ən sevdikləri su markasının hansı olduğu soruşulub.
Suallar beynəlxalq standartlara uyğun verilib və sorğu bütün bölgələri əhatə edib. Sorğuda iştirak edən şəxslərin rəyinə görə aşağıda qeyd olunan 5 göstəricinin ümumi ortalaması üzrə "Sirab” markası digər markalara nisbətən üstünlük təşkil edib.
Qeyd edək ki, "Sirab” böyük tarixə məxsus Azərbaycanda və dünyada sevilən su brendidir. "Sirab” hazırda dünyanın 15-ə yaxın ölkəsinə ixrac edilir.
Ölkənin ən sevilən su markası seçilən "Sirab” kollektivini bu münasibətlə təbrik edirik.