ABŞ: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayır"
16.12.2021
Ağ ev: ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini məmnunluqla qarşılayıb
Bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Norne bildirib.
Qeyd edək ki, Türkiyənin xarixi işlər naziri Mövlud Çavuşoğlu hələ dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edərkən Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımlar atılacağını bildirib.
Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində xüsusi nümayəndələr təyin ediləcək. Xüsusi nümayəndələr iki ölkə arasında birbaşa dialoqu təşkil edəcək.
Bununla yanaşı, nazir İrəvana çarter reyslərinə başlanılacağını vurğulayıb.
Nazirin sözlərinə görə, bütün addımlar Azərbaycanla birgə qəbul ediləcək.
Xatırladaq ki, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.