"İstanbul-İrəvan reysi açılır"
16.12.2021
Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması ilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, aviaşirkətlərin müraciətlərinə Türkiyənin Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.
"Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin bu marşrutla uça biləcəyi müəyyənləşəcək”, - Çavuşoğlu bildirib.
Çavuşoğlu qeyd edib ki, 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan Ermənistanla bağlı müsbət mesajlar verib:
"Bakının İrəvanla hərtərəfli sülh sazişi imzalamaq çağırışları xüsusi əhəmiyyət kəsb edir. Bu siqnallar həm də Türkiyə və Azərbaycanın məsələyə yanaşmasını nümayiş etdirir. Türkiyə Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın tərəfdarıdır”.