08 04 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

"Bircə briqadamız macar ordusunu məhv edər"

16.12.2021


Lazım gələrsə, Ukrayna 128-ci dağ-hücum briqadası ilə Macarıstanın bütün silahlı qüvvələrini məhv edə bilər.

Bu sözləri Donetsk hərbi administrasiyasının keçmiş rəhbəri Pavel Jebrivski deyib.

"Təkcə 128-ci briqada faktiki olaraq bütün macar qoşununu məhv edə bilər. Buna görə də orada (Zakarpatya – red.) sərhədlər bağlıdır”, - deyə Jebrivski bildirib.

O əlavə edib ki, Budapeştin Kiyevə qarşı həyasızcasına apardığı siyasət insanları bu məsələyə biganə qoymur.

Qeyd edək ki, Zakarpatya vilayəti 1945-ci ildə Ukrayna SSR-in tərkibinə daxil olub. Birinci Dünya müharibəsinə qədər isə bu ərazi Avstriya-Macarıstan imperiyasının torpaqları sayılırdı.