03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mütəxəssis-ekspert vaksinasiyadan danişdi

15.12.2021

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vaksinasiyadan DANIŞDI
"Heç kim iki və ya üç doza vaksin vurdurub deyə koronavirusa yoluxmaqdan sığortalanmış hesab olunmur. Sadəcə vaksinasiya olunmayanlara nisbətən daha yüngül keçirəcəklər”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli deyib.

O bildirib ki, insanlar sağlamlıqlarını qədrini bilir və vaksin vurdururlar:

"Statistika onu göstərir ki, vaksin vurduran şəxslərin virusa yoluxma riski digərlərinə nisbətən daha azdır. Eyni zamanda onlar virusa yoluxduqları zaman xəstəliyin gedişatı daha yüngül olur. Buster dozanın vurulması bu baxımdan önəmlidir. Bu səbəblə vaksin vurduran və vurdurmayan hər kəs özünü virusdan eyni dərəcəli qorumalı və zəruri gigiyenik qaydalara əməl etməlidir”.