Paşinyan: “İlham Əliyevlə razılığa gəldik”
15.12.2021
Paşinyan: "İlham Əliyevlə dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılığa gəldik”
"Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan Prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş üçtərəfli görüşün yekunları ilə bağlı yazıb.
"Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək”, - deyə N.Paşinyan qeyd edib.
Ermənistan baş naziri, həmçinin tərəflərin təmasları davam etdirməklə bağlı razılığa gəldiyini bildirib