7,7 bal gücündə zəlzələ baş verib
14.12.2021
Dekabrın 14-də İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Maumere şəhərindən 117 kilometr şimal-qərbdə, ocağının 5 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.