Bakıda avtoqəza, xəsarət alanlar var
13.12.2021
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "BMW” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.
A.Əsgərli deyib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımi tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.