Quru sərhədlər açılır?
13.12.2021
Yerli mühiti və qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə alaraq sərhədlərin qismən açılması təmin edilə bilər.
Bu sözləri ARB-24-də yayımlanan "Nə baş verir" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib ki, bu məsələ Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq:
"Hələlik özümüz mümkün qədər qoyulan qaydalara əməl etməliyik. Bu rəqəmlər elə-belə göydən düşməyib. Yeni il şənlikləri zamanı qaydalara riayət olunmalıdır.
Sərhədlərin açılması ilə bağlı qərarlar ola bilər ki, Yeni il ərəfəsində bütün dünyada yumşalmalar davam etsin".