İtkin düşənlərə 1,5 milyon rubl təzminat ödəniləcək
01.02.2018
Yapon dənizində "Vostok” gəmisinin axtarışları davam edir. Rusiya FHN-in iki "Be-200” təyyarəsi və üç refrijerator gəmisi axtarış işlərində iştirak edir.
Rusiya mətbuatının yazdığına görə, gəminin sahibi, "DV-flot” şirkətinin baş direktoru Stanislav Malçevski jurnalistlərə heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl təzminat ödəniləcəyini bildirib. Hələlik gəmi heyəti itkin düşmüş hesab olunur. Yalnız məhkəmə qərarından sonra heyət üzvlərinin həlak olması elan ediləcək.
Xatırladaq ki, yanvarın 25-də Yapon dənizində göyərtəsində 21 heyət üzvünün olduğu "Vostok” gəmisi xəbərdarlıq siqnalı verdikdən sonra yoxa çıxıb. Heyət üzvləri arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşları Mübariz Hüseynov və Ruslan Əlizadə də var.