21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İmmunitet anadangəlmə olur?

10.12.2021


Payız və qış aylarında istər böyüklər, istərsə də uşaqlar arasında tez-tez qripə yoluxma halları baş verir, soyuqdəymədən əziyyət çəkənlər çoxalır. Çox vaxt da dərman qəbul etmədən xəstəliyin candan çıxmayacağını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən yaxa qurtarmaq olar.

Həkimlərin dediyinə görə, immunitet anadangəlmə və sonradan qazanılmış olur. Hər kəs doğulanda onda müəyyən immun reaksiyaları formalaşır və bu, anadangəlmə immunitet sayılır. Qazanılmış immunitet isə orqanizmin illər boyu hər hansı infeksion xəstəliyə qarşı reaksiyasıdır.

Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova AZƏRTAC-a deyib: "Hansısa bir xəstəliyə tutulanda immun hüceyrələri nəticəsində həmin infeksiyaya qarşı davamlılıq əmələ gəlir. Qripdə də belədir. Lakin qrip xəstəliyinin törədicisi hədsiz çox olduğuna görə hansısa bir infeksiyaya qarşı immunitet əmələ gəlməsi digər törədicilərə qarşı immunitet əmələ gəlməsinə səbəb olmur və nəticədə dalbadal qrip infeksiyasına yoluxma halları baş verir. Bu, müxtəlif törədicilərlə qrip infeksiyasına yoluxmaq nəticəsində baş verir”.

İmmunitetin güclü olmasında ana südünün də çox böyük rolu var. Uşaqlara 2 yaşınadək ana südü verilməsi çox əhəmiyyətlidir. Pediatr-infeksionist bildirib ki, anticisimlərlə zəngin ana südü körpənin ilk peyvəndi sayılır və onu bır sıra xəstəliklərdən qoruyur: "Ana südü sterildir və daim istifadəyə hazırdır. Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan həzm fermentləri mübadiləsini normallaşdırır və körpə ana südünü daha yaxşı həzm edir”.

Mütəxəssislər deyirlər ki, hər kəs öz immunitetini qaldıra bilər. Normal qidalanma, meyvə və tərəvəzlərə daha çox üstünlük vermək, təmiz havada çox olmaq və idmanla məşğul olmaq müəyyən qədər olsa da, immunitetin möhkəmlənməsinə gətirib çıxarır.