Taliban yeni hərbi birləşmə yaradır
06.12.2021
Taliban Əfqanıstanda meşələrin qırılmasının qarşısını almaqdan ötrü xüsusi hərbi birləşmə yaradır.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, xüsusi hərbi birləşmənin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
"Bu bölmə Əfqanıstanın meşələrini qoruyacaq, meşələrin qırılmasının və ölkədən kənara qanunsuz taxta çıxarılmasının qarşısını alacaq”, - Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Səid Hosti deyib.