03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənipərəst siyasətçi Bob Doul ÖLÜB

06.12.2021


Keçmiş respublikaçı senator, dəfələrlə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürmüş Robert (Bob) Doul ömrünün 99-cu ilində ölüb.

Doul dörd dəfə ABŞ-ın prezidenti və vitse-prezidenti vəzifələrinə namizədliyini irəli sürüb. Birinci dəfə 1976-cı ildə Cerald Fordla birlikdə vitse-prezidentliyə namizəd kimi, sonra isə prezidentliyə namizəd kimi seçkilərə qoşulub. Axırıncı dəfə - 1996-cı ildə Bill Klintona uduzub. Bob Doul ABŞ-ın iki əsas partiyasının tarixində yeganə siyasətçisidir ki, müxtəlif vaxtlarda həm prezident, həm də vitse-prezident vəzifəsinə iddia edib, lakin bir dəfə də olsa seçilməyib.

Bob Doul bütün siyasi karyerası dövründə erməni lobbisinin ən qızğın tərəfdarlarından biri olub. Onun siyasi karyerasında mühüm rol oynamış siyasi xadimlərdən biri Prezident Riçard Niksonun məsləhətçisi, Respublikaçılar Partiyasının katibi Robert Mardyan idi. 1950-ci ildə Doul Nümayəndələr Palatasına seçilib və ən yeni tarixdə ermənilərin Türkiyəyə qarşı iddiaları məsələsinə toxunmuş ilk erməni siyasətçi olub.

Konqresdə karyerası dövründə Robert Doul erməni diasporunun maraqlarını təmsil edən əsas şəxs idi. 1974-cü il aprelin 8-də konqresmen Doul 1915-1923-cü illərdə qondarma "erməni soyqırımı”nın tanınması barədə ilk rəsmi qətnamənin mətnini Nümayəndələr Palatasının üzvləri qarşısında oxuyaraq tarixi faktları təhrif edib və həmin illərdə 600 minə yaxın türkün kütləvi şəkildə qırılmasına etinasızlıq göstərib. Doul Konqresdə çoxluq təşkil edən respublikaçıların lideri olduğuna görə həmin qətnamə demək olar ki, maneəsiz qəbul edilib. Yenə həmin dövrdə Doulun təşəbbüsü ilə aprelin 24-ü rəsmən qondarma "etməni soyqırımı” qurbanlarının xatirəsi günü elan edilib. Kaliforniyada qubernator seçkiləri dövründə Robetr Doul etnik erməni Corc Dokmecyanın namizdəliyini dəstəkləmək üçün təyyarə ilə Kaliforniyaya gəlib. Senator Doul San-Fransiskoda seçicilər qarşısında çıxışında deyib: "Bu gün Kaliforniyaya yalnız respublikaçı Corc Dokmecyan lazımdır”.

Birinci Qarabağ müharibəsi dövründə Robetr Doul çoxluğun lideri kimi Senatda növbəti dəfə çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünü dəstəkləmişdi. Keçmiş sovet respublikalarına yardım göstərilməsi barədə Nümayəndələr Palatasında qəbul edilmiş "Azadlığa dəstək aktı” adlı sənədə bədnam 907 nömrəli düzəlişə əsasən Azərbaycana yardım göstərilməsi qadağan edildi. Prezident Obamanın dövründə ABŞ-ın dövlət katibi olmuş senator Kerrinin təşəbbüsü və Bob Doulun dəstəyi ilə Senat Azərbaycana maliyyə yardımı və hərbi-texniki kömək göstərilməsini qadağan edən 907 nömrəli düzəlişi bəyəndi. Yenə həmin dövrdə Ermənistana (həmin dövrdə Ermənistan ABŞ-dan aldığı maliyyə dəstəyinin həcminə İsraildən sonra ikinci ölkə idi), həmçinin 800 mindən artıq azərbaycanlı öz doğma yurdundan qovulduqdan sonra rəsmi Yerevanın Xankəndidə elan etdiyi kriminal oyuncaq rejimə maliyyə yardımı göstərilməsi barədə aktlar qəbul edildi.

Sevindirici faktdır ki, Bob Doul son 20 il ərzində hər il 907-ci düzəlişin ABŞ Prezidenti tərəfindən rədd edilməsinin və 2020-ci il Vətən müharibəsində Azərbaycanın təcavüzkar ermənilər üzərində möhtəşəm qələbəsinin şahidi olub.