21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İcra Hakimiyyətləri ləğv edilir?

02.12.2021


Azərbaycan Prezidentinin sərəncamı ilə Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Azərbaycan Prezidenti bu sərəncamı ilə yerli idarəetmədə yeni yanaşmanı tətbiq etdi.

Bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir:

"Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdir. Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb.

Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımıza da transfer olunacağı bildirilmişdi. Bögələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni model formalaşdırılır və bu yeni stuktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”.